Yasəmən Qəyyumlu: 9 illik fəaliyyətiniz göz qabağındadır.
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri, Ədalət yolu qəzetinin baş redaktoru Yasəmən Qəyyumlu
Hörmətli Cəsarət müəllim,
Sizi , rəhbərlik etdiyiniz QHT.az saytınızın bütün əməkdaşlarını QHT.az saytının 9 yaşı olması münasibətilə təbrik edir, peşəkar və uğurlu fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayıram.
9 illik fəaliyyətiniz göz qabağındadır. Çoxsaylı oxucu kütləsinin rəğbətini qazanaraq dövlətin sosial-iqtisadi inkişafına, eyni zamanda Qeyri Hökumət Təşkilatlarının tanınmasına, görülən işlərin piyar olunmasına, bütövlükdə Vətəndaş cəmiyyəti institutlarına daima hərtərəfli media dəstəyi vermisiniz. İllərdi rəhbərlik etdiyim təşkilatla sıx əməkdaşlıq edir və təşkilatımız tərəfindən təşkil olunan tədbirdə fəal iştirak edirsiz.
Bir sözlə mətbuat sahəsində fəaliyyətiniz qənaətbəxşdir. Buna dövlətin QHT.az saytına verdiyi dəyəri nümunə olaraq göstərə bilərik. Fəaliyyətinizi nəzərə alaraq sizdən çox yazmaq olar. Qısa yazımda böyük işlərinizi və cəmiyyətdə mövqeyinizi qeyd etdim. Hər şeyin ən yaxşısına layiqsiniz.
İşgüzar insan, dəyərli dost, peşəkar jurnalist əzizimiz Cəsarət Hüseynzadə sizi həm öz adımdan, həm də rəhbərlik etdiyim Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin bütün kollektivi adından təbrik edir və gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayıram.