Vətən müharibəsi Şəhidi Sadiq Bağırzadənin atası vəfat edib
Vətən müharibəsi Şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.
QHT.az xəbər verir ki, Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. Gənc yaşlarında böyük cəsarət və vətənpərvərlik göstərən Sadiq, 2020-ci ilin Vətən müharibəsində iştirak etmişdir. O, 30 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid Sadiq Bağırzadə göstərdiyi igidliklərə görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Atası Şahin Bağırovun vəfatı, Bağırzadə ailəsi üçün yeni bir itki və dərd yükü gətirib. QHT.az olaraq, mərhum Şahin Bağırova Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.