Xəbərlər 24.06.2024 20:09 923

DSMF Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “International Business Magazine” beynəlxalq təşkilatının müsabiqəsində də uğur qazanıb.

 

Fondun təqdim etdiyi iş “International Business Magazine Awards” adlı həmin beynəlxalq müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

 

DSMF “Pension Fund” kateqoriyası üzrə təşkilatın Dayanıqlı Sosial Təminat Siyasəti üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.

 

Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki Qaliblərin Siyahısında (https://intlbm.com/award-winners-2024/#tab-475334 ) yer alıb.

 

Bununla da 2024-cü ilin ötən dövrü ərzində DSMF 16 beynəlxalq mükafatla təltif edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı