Xəbərlər 30.06.2024 10:50 2252

Sosial Xidmətlər Agentliyinin yaradılmasından 4 il ötür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Sosial Xidmətlər Agentliyinin yaradılmasından 4 il ötür.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılan Agentlik ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinə yönəlik mühüm proqramların icrası, xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı, habelə övladlığagötürmə və himayədar ailə ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən filial və müəssisələri ilə həssas qrupdan vətəndaşlarımıza səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir. Son dörd ildə qurum tərəfindən sosial xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi, yeni sosial xidmət mərkəzlərinin yaradılması və sosial xidmətlərin əlçatanlığının artırılması, bu sahədə innovativ yanaşmaların tətbiqi istiqamətində mühüm addımlar atılıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı