Xəbərlər 13.06.2024 18:58 1260

Mediasiya Şurasının Rəhbərliyi Goranboy 1 Saylı Mediasiya Təşkilatının Fəaliyyəti ilə Tanış Olub - FOTOLAR

Mediasiya Şurasının rəhbərliyi Goranboy şəhərində fəaliyyət göstərən Goranboy 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov və Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova Goranboy 1 saylı Mediasiya Təşkilatını ziyarət edib, mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlarla geniş fikir mübadiləsi aparılıb.

Nadir Adilov mediasiya sahəsinin qısa zaman içində əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Goranboy 1 saylı mediasiya təşkilatının rəhbəri Vüsalə Tağıyeva müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı