Xəbərlər 20.06.2024 12:18 1466

"Nifrətlə Mübarizə" beynəlxalq işçi qrupunun yaradılması təşəbbüsü" layihəsi icra olunur

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-cü il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində "Nifrətlə Mübarizə" beynəlxalq işçi qrupunun yaradılması təşəbbüsü" layihəsini icra etməkdədir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi dünyada azərbaycanafobiya və islamofobiya hallarını nəzərə alaraq, nifrət nitqləri və nifrət cinayətləri ilə mübarizə üzrə QHT-lərdən və fərdi ekspertlərdən ibarət "Nifrətlə Mübarizə" Beynəlxalq İşçi Qrupunun yaradılması təşəbbüsünü həyata keçirməkdir.

Layihə müddətində İşçi qrupun seçiləcək üzvlərinin onlayn görüşü və daha sonra Azərbaycanda fəaliyyət göstərən əlaqədar dövlət qurumları, beynəlxalq təsisatlar, QHT-lər və media nümayəndələri üçün hibrid formatda təqdimatı keçiriləcəkdir.

Layihə müddətində müxtəlif ölkələrlə bağlı BMT-nin irqi ayrı- seçkiliklə bağlı müqavilə qurumlarına, xüsusi prosedurlarına və BMT İnsan Hüquqları Sessiyaları üçün ən azı 3 yazılı təqdimat, çıxışlar və alternativ hesabatların hazırlanması nəzərdə tutulur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı