Xəbərlər 01.07.2024 00:32 1589

Qobustan rayonunda təlimlər başladı: Regionlarda  qadınlarının sahibkarlıq fəaliyyətinin inkişafı - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi “Kənd yerlərində  qadınların  sahibkarlıq fəaliyyəti”  adlı layihəyə start verdi.

Layihənin ilk təlimi Qobustan rayonunda baş tutdu. Layihənin ideyası regionlarda qadınların sosial hüquqlarının  qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması,  sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərinin dəstəklənməsidir. 

Qadın sahibkarlığı Azərbaycanda iqtisadiyyatında getdikcə daha əhəmiyyətli və dinamik inkişaf edən bir fenomenə çevrilir. Sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və maliyyələşdirilməsi üzrə proqramlar, o cümlədən ixtisaslaşmış klasterlərin və biznes inkubatorların, xüsusən də böyük şəhərlərdə yaradılması qadınlar arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayır. Bu, ictimai rəydə də özünü göstərir: Azərbaycanlıların əksəriyyəti əmindir ki, bu gün kişi və qadınların biznesdə uğur qazanmaq şansları eynidir - 50%. Bizm araşdırmaya görə  ancaq həmvətənlərimizin əhəmiyyətli bir hissəsi Azərbaycanda biznesin qadından daha çox kişi "sifətinə" sahib olduğuna inanır. Hər dördüncü qeyd edir ki, kişilərin şansı hələ də çox olur (25%), lakin həmvətənlərimiz deyirlər ki, qadınların şansı 5 dəfə azdır (5%). Bu uyğunsuzluq onu göstərə bilər ki, bütövlükdə qadın sahibkarlar cəmiyyətinin, o cümlədən populyar mədəniyyətdə və mediada az görünür və ya daha az təmsil olunurlar.

Düşünürük ki, bu layihəni həyata keçirməklə biz Azərbaycanın regionlarında kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı üçün yerli mühiti formalaşdıran imkanlara dair informasiya çatışmazlığını qismən aradan qaldıra bilərik.

Bizm layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızi sahibkarlıq sahəsində daha böyük iomkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı,İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə  həyata keçirilir.

 

Südabə Şirəliyeva

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB 

[email protected]


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı