Xəbərlər 01.07.2024 01:11 1346

Qubada "Nəsil Ağacı" Sənədli Filminin nümayişi və senari müəllifi ilə görüş - FOTOLAR

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi çərçivəsində iyunun 29-da Quba “ASAN Xidmət” Mərkəzində Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin nümayişi, eyni zamanda filmin ssenari müəllifi Ayaz Mirzəyev və prodüseri Elnur Niftəliyevlə könüllülərin görüşü təşkil edilib.

QHT.az xəbər verir ki, film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı