Xəbərlər 12.06.2024 20:23 1424

Mediasiya Şurasının rəhbərliyi Samux 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədova, Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev və həmin təşkilatlar ilə əməkdaşlıq edən mediatorların iştirakı ilə Samux 1 saylı mediasiya təşkilatını ziyarət edib.

QHT.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev mediatorları qəbul edib, Samuxda yeni istifadəyə verilmiş park və və vətəndaşların asudə vaxtının təşkili üçün yaradılan şəraitlə tanış edib, rayonda görülən işləri diqqətə çatdırıb. Nadir Adilov Samux 1 saylı mediasiya təşkilatının fəaliyyətinə və rayonda insan rifahı naminə görülən işlərdən mediatorların da məmnunluğunu diqqətə çatdırıb və icra başçısına təşəkkür edib.

Görüş zamanı Samux 1 Saylı Mediasiya Təşkilatının rəhbəri Raul İsmayılov mediasiya təşkilatının iş prinsipi, fəaliyyət planı, gələcək hədəf və istiqamətləri barədə məlumat verib.

Nadir Adilov mediasiya sahəsinin qısa zaman içində əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı