Xəbərlər 24.05.2024 16:33 2452

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Böyük Qayıdış proqramının icrası çərçivəsində aparılan işlərin bir istiqaməti də işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatıdır. 

 

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək tədbirləri davam edir. Həmin tədbirlər sırasına sakinlərin vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları, peşə hazırlığı, əmək yarmarkaları daxiildir.

 

İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərdən artıq 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib. Onlardan 87 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

 

Hazırda 1000-dən çox şəxsin məşğulluğunun təmini istiqamətində də iş aparılır. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı