Xəbərlər 15.05.2024 21:20 1492

SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib

SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 15-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib. 
Qəbuldan əvvəl Xidmət rəisi Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla birgə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndəri əziz xatirəsini ehtiramla yad ediblər.
Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 29 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar şəhid və şəhid ailəsi statusunun verilməsi, SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı