Xəbərlər 15.04.2024 12:34 3656

Göz sağlamlığını qorumaq üçün… oftalmoloq Arzu Eyvazovadan AÇIQLAMA

Göz sağlamlığını qorumaq üçün gündəlik işlərdə nə etmək olar? Xüsusilə rəqəmsal cihazların yayılması ilə göz yorğunluğunu azaltmağın təsirli yolları hansılardır? Göz sağlamlığı üçün vacib olan qidalanma vərdişləri hansılardır?

Göz həkimi, oftalmoloq Arzu Eyvazova QHT.az-a açıqlamasında bildirib ki, göz sağlamlığını qorumaq üçün kompyuter, planşet, bunlardan uzun müddət istifadə edən adamların 20, 20, 20 prinsipinə əməl etməsi tövsiyə olunur, yəni 20 dəqiqədən bir 20 metrdə bir obyektdə 20 saniyə baxmaq, fasilələr vermək önəmlidir: “Ofis şəraitində işləyənlərdə otağın havalandırılmasına önəm vermək lazımdır ki, hal-hazırda quru göz sindromu geniş yayılmışdır. Bir də yaşlı şəxslərin yanaşı gedən xəstəliklərinə məsələn, arterial hipertenziya, şəkərli diabetdir. Bunların kontrolda olması önəmlidir ki, onların göz fəsadları verə bilir. Bu xəstələrdə bu şəxslər ildə bir dəfə göz müayinəsi olması tövsiyə olunur”.

Qidalanma məsələsinə gəldikdə isə Arzu Eyvazova həmçinin qeyd edib ki, orqanizm üçün faydalı olan bütün qidalar, balanslaşmış diyeta göz üçün də faydalıdır: “Bunlara aiddir balıq məhsulları, kök, qarğıdalı, portağal və s. bu kimi qidalar gözə daha faydalıdır”.

Qeyd edək ki, bu gün insanlara nur bəxş edən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.

Hörmət və ehtiramla anırıq!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı