Xəbərlər 30.06.2025 10:56 37

Böyük rus şovinizminin daha bir qanlı nümayişi oldu: Əliməmməd Nuriyevdən AÇIQLAMA

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən hücuma sərt reaksiya verib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, azərbaycanlıların yaşadığı evlərə edilən basqın və onların işgəncələrlə qətlə yetirilməsi, Kreml tərəfindən bəslənən böyük rus şovinizminin daha bir qanlı nümayişidir:

"Rusiya Federasiyasında qeyri-rus xalqlarına qarşı açıq etnik düşmənçilik siyasətinin bariz nümunəsidir. Hazırda rəsmi Kreml yalnız Stalinə pərəstişi deyil, onun açıq rus irqçiliyi siyasətini də bərpa edir. Moskvadan atılan addımlar yenə Rusiyanı xalqlar həbsxanasına, qeyri-rus xalqları üçün gettoya çevirir. Xalqlar həbsxanası artıq  Rusiya dövlətçilik düşüncəsinin bünövrəsni təşkil edir. Bu düşüncə Putin hakmiyyəti dövründə  rəsmi ideologiyaya çevrilib. Bu ideologiya özündə rus şovinizmi, imperializm, militarizm, ekspansinizmini ehtiva edir. Bu başqa xalqlara nifrət ideologiyasıdır.

Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, 44 günlük Vətən müharibəsindəki qələbəsi və regional nüfuzunun artması Kreml ideoloqlarını ciddi narahat edir:

"Son illər, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, erməni işğalına son qoyması, bölgədə və dünyada güclənməsi Kreml ideoloqlarının ölkəmizi hədəf almasına səbəb olub. Kreml təşviqatçıları azərbaycanlılara qarşı nifrət püskürərək düşmən obrazı yaratmağa çalışırlar. Kreml sahibi Qarabağda məğlubiyyəti unuda bilmir. Unuda bilmir ki, Azərbaycanın mübariz ruhunu 1990, 1992, 1993-2020-ci illərdə qırğınlar, etnik təmizləmə, soyqrımı,  müharibə, işğalla sındırmaq mümkün olmadı. Azərbaycanın qələbəsi Rusiyanın işğal siyasətinin ən böyük məğlubiyyəti oldu. Rusiyada faşizm rebrendinq olunub, raşizmə çevrilib. Bu siyasətə Stalin ənənələrinə sadiq qalan Putin rəhbərlik edir. Amma ruslar gərək 1905-1907, Krım müharibəsini, Stalinin QULAQ-larını unutmasın, irqçilik siyasəti elə rusların özünü qurban edib, elə qırılan daha çox onlar olub...

Xalqlar həbsxanasında qiyamı elə bu raşizm siyasəti yaradacaq".

Ə.Nuriyev beynəlxalq ictimaiyyəti Rusiyadakı bu cür etnik təmizləmə cinayətlərini ifşa etməyə və səssiz qalmamağa çağırıb:

"Bu hadisə, bizə bir daha xatırladır ki, şovinizm və millətçiliyin hər növü insanlığa qarşı təhdiddir. Rus şovinizminin  qarşısını almaq üçün səsimizi daha da ucaltmalı və beynəlxalq platformalarda bu cür cinayətləri ifşa etməliyik. Azərbaycanı bu cür terror aktları ilə qorxutmaq mümkün deyil, biz bunu 1988-ci ildən dəfələrlə sübut etmişik. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycana qarşı düşmənçiliyə son qoymaq ilk növbədə  Rusiya üçün lazlmdır. SSRİ-nin çökməsinə də Azərbaycandan impuls verilmişdi..."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı