Xəbərlər 26.02.2024 13:15 2525

 Komitə sədri  jurnalistlərə təşəkkür etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz sosial şəbəkə hesabı vasitəsi ilə jurnalistlərə təşəkkür edirb.

QHT.az həmin paylaşımı təqdim edir:

"Dəyəri dostlar, hörmətli izləyicilər!
Bu gün "Xocalı soyqırımı qurbanlarının anım günü"dür.
Hər birimiz ziyarətə gedir, soyqırım qurbanlarına öz ehtiram borcumuzu  yerinə yetiririk.Uşaqdan böyüyə hər kəs bu hüznlü günün ağır, həm də kədərli yükünü hiss edir.
Dövlət orqanları,vətəndaş cəmiyyəti ,QHT təmsilçiləri hüquq-mühafizə, təhlükəsizlik orqanları, hərbçilər, mülki vətəndaşlar, bir sozlə hamımız bu gün eyni atmosferdə,oxşar ruhda oluruq.

 

Amma peşə xüsusiyyətlərinə görə ən çox zəhmət çəkənlərdən biri yenə də media təmsilçiləri olur.
Onlar, çətin,eyni zamanda şərəfli peşə sahibləri kimi öz işlərini vicdanla icra edərək  ümumi əhval ruhiyyəni  çatdırmaqla yanaşı,ictimai rəyə təsir edən ən müxtəlif mövqeləri əks etirmək üçün də vəsilə olurlar.
Bu hər zamam belədir.
Deyim ki,sualları cavablandırarkən həm də beynimdə bu fədakar, əksəriyyəti gənc oğlan  və qızlardan ibarət  media mənsublarını düşünürdüm.
Çünki isti - soyuğa baxman, qarlı -şaxtalı havalarda çətin yol və relyefdə, yuxu və istirahət bilmədən gərgin iş rejimində çalışan bu həmvətənlərimizin gördüyü işin nə qədər vacib və əhəmiyyətli olduğunu hamı və hər kəs yaxşı bilir.
Neçə - neçə jurnalistin öz peşə fəaliyyətini həyata keçirərkən həlak olmasını, hər cür təhlükələrə rəğmən bu peşəyə sadiqlik göstərərək odun -alovun içindən  reportajlar hazırlamasını, obyektiv xəbərin ünvanı olmağı üstün tutmasını bir daha qeyd etmək istərdim.
Odur ki, buradan onlara bir daha öz təşəkkürümü bildirir, "Sözünüz hər zaman kəsərli olsun "deyirəm!"


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı