Bakı Slavyan Universitetində konfrans keçiriləcək
16 aprel tarixində Bakı Slavyan Universitetinndə “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın regional bölməsi 19 aprel tarixində Bakı Dövlət Universitet ilə birlikdə
Qazax şəhərində təşkil olunacaqdır.
Konfransın məqsədi inklüziv təhsilin təşkilində ali təhsil müəssisələrinin
qarşısında duran məsələlər, məzmun və təlim texnologiyaları, səriştə əsaslı kadr hazırlığı istiqamətində yerli və beynəlxalq təcrübələrin öyrənilməsi və müzakirəsi
platformasının yaradılmasıdır.
Konfransın istiqamətləri:
• İnklüziv təhsil: məzmun və təlim məsələləri.
• İnklüziv təhsil beynəlxalq təcrübədə.
• Müasir cəmiyyətlərin inklüziv potensialı: təhsil və əmək bazarı.
Qeydiyyat və məqalə qəbulu: [email protected]
Əlaqə: +994 12 599-08-70 (318)
+994 50 200-13-30
Ətraflı məlumat üçün: htps://bsu-uni.edu.az/az/announce/360