Qəhrəman şəhidimiz Muxtar Qasımlının doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Muxtar Qasımlı 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə isə ordu sıralarından ehtiyata buraxılıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı yenidən ordu sıralarına qatılıb, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub.
Muxtar Qasımlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!