18 İyun İnsan hüquqları günüdür: Sərgi keçirilib - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 2007-ci il 18 iyun tarixli sərəncama əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur.
QHT.az xəbər verir ki, bu münasibətlə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi “Öz hüquqlarınızı bilin” başlığı altında sərgi, məlumat günü təşkil etdi. “Konstitusiya və suverenlik ili” çərçivəsində həyata keçirilən silsilə təsbirlərdən biri olaraq təşkil olunan həmin tədbrdə iştirakçılara ölkımizdə insan hüquq və azadlıqlarına verilən ali dəyərlər haqqında məlumat verildi. İnsan hüquqları və təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklərin Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkünlük qazanması xüsusi olaraq vurğulandı.
Sərgiyə baxış zamanı həmçinin İnsan hüquqlarının təmini ilə bağlı siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsindən danışıldı və Azərbaycanda bu istiqamətdə görülən işlərin insan hüquqlarına verilən ali dəyərin bariz nümunəsi olduğu qeyd edildi.