Bu gün qəhrəman şəhidimiz Turan Şərifovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Turan Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 5 noyabr tarixində Laçın istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Turan Şərifov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!