Xəbərlər 27.11.2023 10:59 1616

"Aprel döyüşləri" şəhidi Rizvan Muradovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rizvan Telman oğlu Muradov 27 noyabr 1997-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub.

QHT.az xəbər verir ki, orta təhsilini aldıqdan sonra 2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Sabirabad rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Rizvan Muradov 2016-cı ilin "Aprel döyüşləri" zamanı 2 aprel tarixində Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.

Rizvan Muradov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı