Xəbərlər 26.11.2023 15:55 1752

Dərələyəz icmasının nümayəndələri Naxçıvan Xalça və İplik İstehsalı müəssisəsində olublar

25.11.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Unversitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Dərələyəz icmasının rəhbəri, professor Mahirə Nağıqızı və Dərələyəz icmasının üzvləri Möhübbət Səmədoğlu, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, Mehparə Calalova, hüquqşünas Səməd Vəkilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya elmləri doktoru Könül Səmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və digər qonaqlar Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.

Avrasiya.net xəbər verir ki, cəmiyyətin direktoru Rövşən Abbasov (Vəkilov) qonaqlara müəssisə və xalçalar haqqında ətraflı məlumat verib.

Direktorun verdiyi məlumata əsasən müəssisədə Azərbaycanın bölgələrinə aid qədim naxışların yenidən xalçalarda həyat tapması ilə yanaşı sifariş (loqolar, istəyə uyğun adlar, imzalar, portretler və s.) və Naxçıvana məxsus abidə xalçalar da toxunur.

Qonaqların nəzərini cəlb edən xalçalardan bəziləri də Dərələyiz-İrəvan torpaqlarının qədim naxışları əsasında toxunmuş xalçalar oldu.







Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı