Xəbərlər 24.11.2023 14:28 2576

Ümumtəhsil müəssisələrinin direktorları üçün şagirdlərin fövqəladə hallarla bağlı maarifləndirilməsinə dair növbəti tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib.

 

Tədbirdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və digər şəxslər iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.

 

Çıxış edənlər tədbirin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.

 

Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interkativ formada keçirilən tədbirdə suallar ətraflı cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı