Almaniyada çevriliş: 280 yerə basqın edildi
Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan “İmperator vətəndaşlarına” qarşı 8 ştatda 280 yerə basqın edilib.
QHT.az xəbər verir ki, 8 ştatda eyni vaxtda keçirilən reydlərdə axtarışlar zamanı bu təşkilatla əlaqəli şəxslərə qarşı dəlillər toplanıb. Münhen Respublika Prokurorluğunun təlimatı ilə həyata keçirilən reydlərdə şübhəlilərin Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Şlezviq-Holşteyn, Brandenburq, Hamburq və Aşağı Saksoniyada 280 yeri axtarılıb.
Dövlət çevrilişinə cəhddə ittiham olunaraq istintaqa cəlb olunan müttəhimlər cinayət təşkilatı yaratmaqda şübhəli bilinirlər.
.
Pərvanə Fərhadqızı