Hafiz Səfixanov: Beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar
Azərbaycanda mina qurbanlarının sayı durmadan artır. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar. Təəssüf ki, ikili standartlar hələ də qalmaqdadır.
QHT.az xəbər verir ki, bu fikirləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktubu ilə bağlı keçirilən tədbirdə səsləndirib.
Azərbaycanda minaların təmizlənməsi sahəsində və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən söz açan Hafiz Səfixanov ölkəmizin minadan çirklənməyə görə dünyada ilk beşlikdə yer tutduğunu qeyd edib.
“Bu yaxınlarda Tərtərdə 3 mina qurbanı ilə görüşdük. Birinin iki ayağı da kəsilib. Digərinin isə 5 uşağı var. Niyə insanlarımız həyatını itirməli və ya zülmə qatlanmalıdır?”, - deyə QHT sədri təəssüflə bildirib.