Xəbərlər 21.11.2023 17:05 998

Şəhidimiz Kamran Şabanovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Elşən oğlu Şabanov 21 noyabr 1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 2020-ci ilin "Tovuz döyüşləri"ndən sonra başlanan hərbi-təlim toplanışlarına çağırılan Kamran Şabanov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 8 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Kamran Şabanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı