Qarabağın gerçək kimliyi: Alban abidələri layihəsi çərçivəsində onlayn qaydada beynəlxalq görüşlər təşkil edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyi tərəfindən icra edilən “Qarabağın gerçək kimliyi: Alban abidələri” layihəsi çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələr də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan gənclərlə onlayn qaydada görüşlər təşkil edilib.
Məqsəd Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı həqiqətləri o cümlədən tarixin müxtəlif dövrlərində Qarabağda və Azərbaycanın digər bölgələrində erməni terrorçuları tərəfindən törədilmiş vandalizm aktlarını xarici auditoriyanın diqqətinə çatdırmaq olub.
İştirakçılar arasında Türkiyə, İsrail, Monteneqro, İtaliya, Almaniya, Portuqaliya və ABŞ vətəndaşı olan gənclər üstünlük təşkil edib. Görüş əsnasında “Qarabağın gerçək kimliyi: Alban abidələri” filminin ingilis dilində təqdim edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.