Xəbərlər 02.10.2023 10:46 1136

Vətən müharibəsi şəhidinin anası vəfat edib

Bu gün vətənpərvər bir şəhidin anası aramızdan ayrıldı. Şəhid Niftalı Mehdilinin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib. Şəhidin anası bu gün həmin kənddə dəfn ediləcək.

QHT.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət etsin, ruhu şad məkanı cənnət olsun

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı