Xəbərlər 21.09.2023 19:50 2267

Masallının mədəniyyət işçiləri qazi və şəhid ailələrini ziyarət ediblər

Masallının mədəniyyət işçiləri qazi və şəhid ailələrini ziyarət ediblər

Hər zaman olduğu kimi, 27 Sentyabr - Anım günü ərəfəsində də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin sturukturuna daxil olan rayon mədəniyyət müəssisələrinin əməkdaşları Masallı şəhərində və rayonun Musaküçə, Təzə Alvadı kəndlərində yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər. 
Ziyarət zamanı Azərbaycanın qəhrəman oğullarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qanlı döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Ailələrə mənəvi dəstək və ehtiramlarını ifadə edən ziyarətçilər onların qayğı və ehtiyacları ilə maraqlanıblar.
Sonra MİHİ Masallı rayon Komitəsinin tədarük etdiyi yardım bağlamaları ailələrə təqdim olunub.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı