Xəbərlər 14.09.2023 14:18 1449

Şəhidimizin nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

Füzuli rayonunun Yağlıvənd kənd sakini olan Əli Hüseynovun nəşinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanıb. Şəhidimiz nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

QHT.az xəbər verir ki, Əli Hüseynov 1993-cü il avqustun 6-da Xocavənd rayonunun Məlikcan kəndi istiqamətində itkin düşüb. I Qarabağ müharibəsi başlayanda Əli tanışları ilə birgə doğma kəndi Yağlıvəndin müdafiəsinə qalxıb. O, sonradan könüllü bataliyonlarına qoşularaq düşmənə qarşı mübarizəsini davam etdirib. Ə.Hüseynovun qəhrəmanlığı onu tanıyanlar və döyüşçü yoldaşları tərəfindən hər zaman qürurlar xatırlanır.

Qeyd edək ki, yas mərasimində Millət vəkili Vüqar Bayramov da iştirak edib, şəhidimizin hazırda Beyləqan rayonunda məskunlaşan qardaşları ilə birlikdə qəhrəman hərbiçimizin qısa və şərəfli həyat yoluna nəzər salıblar. Vüqar Bayramov bildirib ki, 2020-ci ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib: “Meyit qalıqları aidiyyatı üzrə təhvil verilib. Onlardan 15-nin şəxsiyyəti artıq müəyyən olunub”.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı