Xəbərlər 14.11.2024 17:42 313

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

 

Bu gün Cəbrayıl və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

 

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası və dönərxana zərfi üzrə kiçik biznes sahələrini yaradıblar.

 

Beləliklə, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən artıq 140-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı