Xəbərlər 05.02.2025 10:10 114

Yer mantiyasındakı sirli anomaliyalar qədim planetin qalıqları ola bilər

Beynəlxalq alimlər qrupu Yer mantiyasındakı iki nəhəng anomaliyanın sirrini açıb. “Nature” jurnalında dərc olunan araşdırmaya görə, Sakit Okeanın və Afrikanın altında yerləşən bu strukturlar 4,5 milyard il əvvəl Yerə çırpılan və Ayın yaranmasına səbəb olan qədim planetin qalıqları ola bilər.

QHT.az xəbər verir ki, seysmik dalğaların təhlili göstərib ki, bu anomaliyalar mantiyadan köklü şəkildə fərqlənən iri mineral dənələrdən ibarətdir. Bu kəşf Yerin daxili dinamikası və təkamülü ilə bağlı anlayışlarımızı dəyişə bilər. Alimlər indi bu strukturların Yerin inkişafına necə təsir etdiyini araşdırmağı planlaşdırır.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı