İş, vakansiya, müəllim tələb olunur
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə Azərbaycan bölməsi üzrə sosial işə giriş, sosial proqramlar və xidmətlər, sosial iş təcrübəsində etik prinsiplər, icmalar və təşkilatlarla sosial iş, əlilliyi olan şəxslərlə sosial iş, aktyorluq sənətinin əsasları, mədəni – kütləvi tədbirlərin rejissorluğu, mədəniyyət və incəsənət sahəsində menecment, mədəni - kütləvi tədbirlərdə prodüserlik sənətinin əsasları fənlərin tədrisi üzrə müəllim tələb olunur.
QHT.az xəbər verir ki, göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 4 sentyabrda 7 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətdə ixtisasınızı konkret şəkildə göstərməyiniz xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
TƏLƏBLƏR
• İxtisasa uyğun ali təhsil;
• Kompüter bacarıqları (Office proqramları - Word, Excel, PowerPoint, Microsoft Teams);
• Tədrisin online formada təşkili üzrə bacarıqlar;
• Azərbaycan dilində tədris;
• Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın üzvü olmaq imkanı.
Qeyd: Pedaqoji təcrübəsi olanlara üstünlük veriləcək.
Əlavə məlumat üçün: 012 539 11 71 nömrəli telefona zəng vura bilərsiniz.
Pərvanə Fərhadqızı