Xəbərlər 24.06.2023 18:55 1578

Dondurucudan 4 meyit tapıldı

İzmirdə Saparmurat Haliyev tərəfindən öldürülən və cəsədləri dondurucuya qoyulan Türkmənistan əsilli Gülkəmər Xanımova, qızları Leyla Gəldiyarova, Laçın Gəldiyarova və Ruslan Kərimovun şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testi tamamlanıb.

QHT.az xəbər verir ki, 2 mərtəbəli evdə yaşayan Ruslan Kərimov adlı şəxsdən xəbər ala bilməyən Türkmənistan vətəndaşları Gülkəmər Xanımova, qızları Leyla Gəldiyarova və Laçın Gəldiyarova və onların qohumları vəziyyəti polisə bildiriblər.

İyunun 18-də polis evə daxil olub axtarışdan sonra dərin dondurucuda 4 cəsəd tapıblar. Evdə edilən araşdırmanın ardından həyatını itirənlərin cəsədləri yarılma üçün meyitxanasına aparıldı. Tamamilə parçalanmış meyitlərin kimə aid olduğunu müəyyən etmək üçün DNT testi aparılıb.

 

Pərvanə Fərhadqızı

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı