Xəbərlər 09.06.2023 11:16 966

Bir azərbaycanlı ailəni sel apardı

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində güclü yağışlardan sonra yaranan sel daşqını bir ailənin üç üzvünü aparıb.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

 

Məlumatda ailənin iki üzvünün yaralı vəziyyətdə xilas edildiyi, 8 yaşlı uşağın isə boğularaq öldüyü bildirilib.

 

Qeyd edək ki, iyunun 8-də İranın 22 əyalətində baş verən sel nəticəsində 8 nəfər həyatını itirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı