Xəbərlər 09.06.2023 10:14 2191

Yeniyetməlik dövründə uşaqların problemləri- AÇIQLAMA

Hormonal pozuntular zamanı bədən, ruh sağlamlığı mənfi təsirlənir. Vücudun tam sağlam olması üçün hormonlar normal çalışmalıdır.

Həkim –pediatr Aygün Cəfərli QHT.az-a açıqlamasında qeyd edib ki, normal cinsi inkişaf qızlarda 8-12 yaş arası, oğlanlarda isə 11-14 yaş arasından başlayır: “Bu zaman bədəndə müəyyən hormanal dəyişikliklər baş verir. Məsələn hava çatışmazlığı, boğulma halları ola bilər. Sanki  uşağı kimsə sıxır. Bunların hər biri hormonal disbalansla bağlı olur. Yəni hormonların səviyyəsi qalxıb yendiyi üçün belə hallar yaşanılır”.

Həkim-pediatr həmçinin qeyd edib ki, son zamanlarda uşağın tədrisi ilə bağlı yaşadığı stress və ya dəyişikliklər müşahidə olunur, uşağın imtahan həyacanı, qan və dəmir azlığı da bu səbəblərə gətirib çıxara bilər: “Uşaqlar yeməyini açıq hava altında yeməsi tövsiyyə olunur. Mətbəxdə əyləşibsə pəncərə açıq olmalıdır ki, hava mübadiləsi olsun. Yağlı, zəncəfilli, istiotlu, ümumiyyətlə istilik yaradan qidalardan uzaq olması tövsiyyə olunur. Daha sərinləşdirici həzmi rahat qidalar qəbul olunmalıdır”. 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı