Xəbərlər 08.06.2023 23:40 2223

Aygün Musayeva: “Yuxunun 6 saatdan az davam etməsi insultun yaranma riskini artırır”

Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən insanlar təxminən 10 ildən sonra insult riski ilə üzləşə bilər. "yüngül" və "ağır" yuxusuzluğu olan insanların yuxusuzluqdan əziyyət çəkməyən insanlarla müqayisədə təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərdi.

QHT.az xəbər verir ki, şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır. Tibb üzrə fəlsəfə doktoru Aygün Musayeva QHT.az-a açıqlamasında bildirib ki, insultlardan əziyyət çəkən insanların əksəriyyəti yaşlı insanlardır: “İnsultlar insanların əlilliyinə və ölümünə bais olan aparıcı səbəblərdən biridir. İnsultlu xəstələrdə yuxu pozulmalarının korreksiyası nəinki onların həyat keyfiyyətinə müsbət təsir göstərir həmçinin, təkrar beyin qan dövranı pozulmalarının yaranma riskini azaldır. Tədqiqatların nəticələrinə əsasən, yuxunun 6 saatdan az davam etməsi insultun yaranma riskini 32 % artırır. Beləliklə insultlu xəstələrin bərpası və təkrarı beyin qan dövranı hadisələrinin qarşısının alınması üçün normal yuxunun olması vacibdir”.

Qeyd edək ki, yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edən müalicələr var. Yuxusuzluğu olmayan 50 yaşdan yuxarı insanlara nisbətən bu problemi olan 50 yaşdan aşağı insanlarda insult riskinin daha yüksək olduğu müəyyən edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı