BSU-da yeni ixtisaslar açılır
Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına tələbə qəbulu həyata keçiriləcək.
Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olacaq.
Eyni zamanda, magistratura səviyyəsində bir yeni ixtisas - “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılacaq.