Xəbərlər 02.06.2023 18:46 1346

Xalq artisti Tünzalə Ağayeva  rəsm flaşmobuna qoşulub

Müğənni, bəstəkar, xalq artisti Tünzalə Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Müğənni Mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə fəaliyyət göstərən studiyalarda təlim prosesini izləyib. Xalçaçılıq sahəsində qabiliyyətini sınayıb.

 

Qonaq repertuarından sevilən mahnıları Mərkəzin istedadlı musiqiçilərinin ifasında dinləyib, gitaraçılarla birgə mahnısından bir hissə səsləndirib. 

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzin həssas əhali qruplarına aid olan azyaşlı benefisiarları üçün rəsm flaşmobu təşkil edilib.

 

Tünzalə Ağayeva Mərkəzin heyəti və benefisiarlara qoşularaq, flaşmobda iştirak edib və “əl izi”ni molbert üzərindəki tabloya köçürüb. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı