Azərbaycan Texniki Universitetində "Qərbi Azərbaycan Texnoloji İrs Mərkəzi"nin təşkilatçılığı ilə "Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması" mövzusunda seminar-müzakirə keçirilib.
QHT.az xəbər verir ki, "İrəvan: tariximiz, torpağımız, taleyimiz" adlı fotosərgidən sonra "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rzazadənin moderatorluğu ilə maraqlı müzakirələr keçirilib. Tədbirdə Qərbi Azərbaycanla bağlı bir çox layihələrlə bərabər "Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin "İrəvan gündəliyi" layihəsi də müzakirə edilib. "Yenisi" İB-nin sədri Məqsəd Sarıyev internet resurslarda "Qərbi Azərbaycan yazılı mənbələrdə" bölməsinin yaradılması təşəbbüsü ilə çıxış edib, bu barədə fikir və tövsiyyələrini söyləyib.






