Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının həm enerji, həm də turizm baxımından böyük potensiala malik olması bu ərazilərin ölkənin sosial-iqtisadi inkişafında strateji rolunu daha da artırır.

Bu fikirləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada bildirib:

"Qarabağın turizm potensialı da olduqca zəngindir, burada ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə turizm sahəsinin inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür Azərbaycanın qədim tarixə malik olan bu bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olanŞərgi Zəngəzur həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. "İstisu" kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlər hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirə biləcəklər".

QHT sədri bildirib ki, quruculuq işləri aparılarkən flora və faunaya zərər vurulmamalıdır.Bu ərazilərdəki meşələri qorumaq və onun qırlmasına yol verilməmələdir:

"Ətraf mühitimizi qorumaq ən vacib məsələlərdən biridir. Quruculuq işləri aparılan ərazilərdə də yeni yaşıllıqlar salınmalıdır".

 

Pərvanə Fərhadqızı