Qərbi Azərbaycan ərazilərində yaşamış, yaratmış, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib.
Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Doğrudur, bu gün soydaşlarımızın Vətənə qayıtması üçün dövlət tərəfindən lazımı işlər həyata keçirilir, insanlarımızın geriyə dönüş ümidləri yenidən fərəhlənməyə, pərvazlanmağa başlayıb.
Çünki Qərbi Azərbaycanlıların, öz torpaqlarına və vətənlərinə qayıtmaq üçün apardıqları mübarizə təkcə coğrafi bir məsələ deyil, bu həm də mənəvi və tarixi kimlik məsələdir. Nəzərə alsaq ki, bu torpaqlarda tarixin bütün mərhələlərində son deportasiyalar istisna olmaqla Azərbaycan əhalisi yaşayıb o zaman, sözügedən ərazilərin bizim üçün yalnız coğrafi baxımdan deyil eyni zamanda, mənəvi kimlik baxımından da olduqca önəmli olduğunu vurğulaya bilərik. Qərbi Azərbaycan əraziləri tarix boyu xalqımızın əsas mədəni və tarixi mərkəzlərindən biri olub. Əsrlər boyu xalqımız orada yaşayaraq, gözəl bir tarixi səlnamə yaradıblar. Dilimizi, adətimizi, tariximizi, mədəniyyətimizi inkişaf etdiriblər.
1980-ci illərin sonuna kimi gizli-gizli də olsa azərbaycanlıların sıxışdırılaraq o ərazilərdən çıxarılması istiqamətində müəyyən işlər aparılsada keçmiş Sovetlər Birliyinin hakimiyyəti dövründə bu proseslər daha gedniş şəkildə həyata keçirilməyə başlanılıb. Qərbi Azərbaycanlıların hüquqlarının pozulması və bu ərazilərdə erməni separatizminin güclənməsi də məhz həmin illərə təısadüf edir. Bu zaman bölgədə başlayan münaqişələr və zorakılıqlar, bir çox azərbaycanlının köçməsinə səbəb olur. 1988-ci ildən sonra isə reallaşan sürgünlər, ərazinin işğalı, soyqırımı və təcavüzün nəticələri xalqın mübarizəsinin başlanğıcı olub.
Təbii ki hər bir xalqın mədəniyyəti yaşadığı ərazilərlə sıx bağlı olur. Xüsusilə, o əraziyə uyğun foloklorun formalaşması, musiqilərin yaradılması, tarixi abidələrin, memarlıq məktəbinin yaranması, xatirə yerlərinin yaddaşlarda qalması və s. Öz böyüdüyün torpaqdan məcburi şəkildə uzaq düşmək, bu əlaqənin pozulmasına səbəb olur və mədəni irs, tədricən yaddaşlardan silinir.
Ancaq Qərbi Azərbaycandan olan soydaşlarımız öz irslərinin saxlanılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımdan qaçqınlıq həyatı yaşasalar da heç vaxt geri çəkilməyiblər. Əksinə onlar qaçqınlıq dövrü yaşamalarına rəğmən öz hüquqlarının müdafiəsi, mədəni irslərinin gələcək nəsillərə ötürülməsi ilə bağlı dayanmadan mçübarizə aparırlar.
Təbii ki, bu mübarizədə beynəlxalq hüquq da onların haqlarını tanıyır. Beynəlxalq hüquq, qaçqınların və məcburi köçkünlərin könüllü və təhlükəsiz şəkildə geri dönməsini təmin etməyi vacib hesab edir. Bu qaydalara əsasən, sürgün edilən vətəndaşların öz torpaqlarına geri dönmə haqqı beynəlxalq müstəvidə də tanınır. Qərbi Azərbaycanlıların geri dönüşü məsələsini hüquqi olaraq əsaslandıran bir çox beynəlxalq sənədlər mövcuddur ki, bu səınədlərin ilkini 1948-ci ildə qəbul edilmiş Beynəlxalq İnsan Hüquqları Bəyannaməsidir. Bu bəyannamə, hər bir insanın öz vətəninə geri dönmək hüququnu tanıyır. Bəyəmnamənin 13-cü maddəsində qeyd olunur ki, hər bir insanın öz ölkəsinə geri qayıtma hüququ var. Qərbi Azərbaycanlıların hüquqlarının qorunması da bu bəyannaməyə uyğundur. 1951-ci ildə qüvvəyə minmiş Qaçqınların və Mühacirlərin Statusu üzrə Konvensiya qaçqınların hüquqlarını qoruyur və onların öz ölkələrinə geri dönmək hüququnu tanıyır.
Bu konvensiyanın əsas məqsədi qaçqınların öz ölkələrinə geri dönmələri üçün təhlükəsiz və könüllü şərtlər yaratmaqdır. Ümumilikdə öz yaşadığı ərazidən məcburi şəkildə çıxarılan bütün insanların hüquqlarının qorunması ilə bağlı beynəlxalq sənədlərdə yetərincə istinad ediləcək maddələr və bədnlər mövcuddur. Hətta həyata keçirilmiş təcrübə belə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurduna təhlükəsiz formada geri dönüşünün mümkünlüyünü təsdiq edir. Xatırlayırsınızsa, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş vermiş müharibə nəticəsində yüzminlərlə insan qaçqın düşərək öz evini tərk etmək məcburiyyəti yaşamışdı. 1995-ci ildə bağlanmış Dayton Sazişi Bosniya müharibəsindən sonra qaçqınların və məcburi köçkünlərin geri dönməsini təmin etmək üçün hüquqi çərçivə yaratdı. Bu sazişə görə, Bosniya və Herseqovina vətəndaşlarının öz vətənlərinə, məcburi köçkün vəziyyətinə düşən şəxslərin isə təhlükəsiz və könüllü şəkildə geri dönməsi təmin edilib. Bu model, Qərbi Azərbaycanlıların geri dönməsi üçün də tətbiq oluna biləcək beynəlxalq təcrübə kimi nəzərdən keçirilə bilər.
Yuxarıda qeyd etdiyimiz faktlar bir daha Qarabağ kimi Qərbi Azərbaycan ərazilərinə də çox yaxında dönəcəyimizə ümid işığı yandırır. Bir gün illərlə yanan o həsrətin bitəcəyinə və evlərin bacasından tüstülərin yayılacağına, dağların döşünün gül-çiçəklə bürünəcyinə çox az qaldığına bir daha ümid verir.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycanlıların beynəlxalq platformalarda hüquqlarının müdafiəsi”" layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər






