Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Azərbaycanın 19 dekabr 2024-cü ildə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasını ölkəmizin növbəti diplomatik uğuru adlandırıb.

O bildirib ki, bu addım Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyir. "Azərbaycan ədalətə, beynəlxalq hüquqa sadiq, multikultural və tolerant bir dövlətdir. Qoşulmama Hərəkatı və COP29 üzrə sədrliyi də ölkəmizin dünyadakı nüfuzunu təsdiqləyir," - deyə QHT sədri qeyd edib.

Xatirə Vəliyeva Azərbaycanın D-8 üzvlüyünün dostluq və qardaşlıq əlaqələrini gücləndirəcəyinə, İslam həmrəyliyinə töhfə verəcəyinə inandığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı