Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin təşkilatçılığı, Rusiya Federasiyası Ədliyyə Nazirliyi və Belarus Respublikası Hüquqşünaslar İttifaqının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixində Minskdə “Mediasiya - cəmiyyətin problemlərinin həllində hüquqi vasitə kimi. Təcrübə və perspektivlər" mövzusunda Beynəlxalq Konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Mediasiya Şurası adından mediator Venera Əsgərova çıxış edib.
Çıxışı zamanı o, məhkəmə - hüquq islahatları, bu islahatların mediasiya sahəsinə müsbət təsiri, beynəlxalq müstəvidə azərbaycanlı mediatorların iştirakı kimi məsələlərə toxunub.










