Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin təşkilatçılığı, Rusiya Federasiyası Ədliyyə Nazirliyi və Belarus Respublikası Hüquqşünaslar İttifaqının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixində Minskdə “Mediasiya - cəmiyyətin problemlərinin həllində hüquqi vasitə kimi. Təcrübə və perspektivlər" mövzusunda Beynəlxalq Konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Mediasiya Şurası adından Etika Komitəsinin üzvü, mediator Tural Məmmədov çıxış edib.
Çıxışı zamanı o, mediasiya olan ölkələrdə Qanunvericilik aktları və qərarlar, eyni zamanda Azərbaycanda bu sahədə aparılan islahatlar və dəyişiklikləri nəzərə çatdırıb.










