"Azərbaycanın daxili bazarının təmin edilməsi məqsədilə ölkə başçısınında son dövrlərdə kənd təsərrüfatının inkişafı və kənd məhsullarının yetişdirilməsi istiqamətində göstərişlərini vermişdir. Ərzaq təminatı dünyanın qlobal problemlərindən olaraq qalır, ölkəmiz bu sahədə hələki heç bir problem yaşanmayıb".
Bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.
Z.Nuriyevanın sözlərinə görə, xaricdən ərzaq məhsullarının alınması bahalaşmaya təsir göstərə bilər:
"Lakin xaricdən ərzaq məhsullarının alınması və tələbatı təmin etmək bir başa bahalmaya təsir edə bilər. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi,daxili və xarici bazarı təmin etmək iqtisadi olaraq həmdə ölkəmiz üçün zərurətdir".
Zülfiyyə Nuriyeva bildirib ki, ət və süd məhsullarının istehsalının artırılması daxili bazarın təminatı üçün vacibdir:
"Xüsusilə ət və süd məhsullarının yetişdirilməsinə diqqət ayırmaq və artırmaq ölkəmizin daxili bazarının təminatı məqsədilə çox önəmlidir. Ölkə başçısı hər çıxışında kiçik və orta sahibkarlığın inkişafında əhalinin aktivliyini vurğulayır və Dövlət Məşğulluq Agentliyinin məxsusi iri və xırda buynuzlu heyvandarlığın inkişafı üçün məşğulluq proqramı çərçivəsində əhalinin müraciətini diqqətdə saxlayır və dəstək olur".
Sədr vurğulayıb ki, kənd təsərrüfatı və heyvandarlığın inkişafı daxili bazarda bahalaşmanın qarşısını ala bilər:
"Ölkə əhalisinin, xüsusilə bölgə sakinlərinin kənd təsərrüfatı və heyvandarlıqla məşğul olması, sahibkarkığın inkişafı daxili bazarda ət, süd və digər tələbat məhsullarının bahalaşmasının qarşısını almaq mümkün olar. Xarici bazardan asılılıq təbii olaraq bahalaşmaya səbəb ola bilər".
Fatimə Nəbiyeva












