Sentyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Vətəndaş müraciətlərinə baxılması: Azərbaycan təcrübəsinin inkişafı perspektivi və yeni çağırışlar” mövzusunda ictimai müzakirə keçirilir.
QHT.az xəbər verir ki, “Ibis Baku City” hotelinin “Piano” konfrans zalında təşkil olunan tədbir dövlət qurumlarında vətəndaş müraciətlərinə baxılması təcrübəsinə və bu sahədə yeni çağırışlara həsr olunub.
Müzakirədə vətəndaş müraciətlərinin rəqəmsallaşması, beynəlxalq təcrübə və monitorinq hesabatının əsas nəticələrinin təqdim olunması nəzərdə tutulur.
Tədbirdə vətəndaş cəmiyyəti institutlarının, dövlət qurumlarının və medianın nümayəndələri iştirak edirlər.












