Ötən gün keçirdiyimiz idman yarışlarının məqsədi yalnız qalib müəyyən etmək deyil. Əsas məqsədimiz şəhidlərimizi yaşatmaq, onların əziz xatirəsini gələcək nəsillərə ötürmək və gənclərimizi Vətən sevgisi ruhunda yetişdirməkdir.

Hər yarış, hər görüş, hər qələbə bizim üçün şəhidlərimizin müqəddəs adına bir ehtiramdır.

Biz istəyirik ki, böyüyən hər bir gənc bilsin: bu torpağın hər qarışının arxasında bir şəhidin canı, bir ailənin göz yaşı və böyük bir Vətən sevgisi dayanır.

Şəhidlər unudulmur! Onların adı yaşadıqca, Vətən sevgisi də yaşayacaq.

“Vətən Naminə” olaraq idmanı, gəncləri və milli-mənəvi dəyərlərimizi bir araya gətirərək şəhidlərimizin müqəddəs irsini gələcəyə daşımağa davam edəcəyik.

Ruhunuz şad olsun, əziz şəhidlərimiz!

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova