TOPLUM TV-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Əvəz Həsənov və “Demokratiyanı Öyrənmə İctimai Birliyi”nin rəhbəri Mirəli Hüseynovdur üz-üzə gəlib. Müzakirə vaxtı QHT Agentliyinin yaradılmasından sonra görülən işlər, nəticələr, perspektivlər, vətəndaş cəmiyyəti ilə bağlı problemlər, QHT qanunvericiliyi ilə bağlı atılan addımları və s. məsələləri müzakirə edilib.