Dekabrın 13-də  “VCT dayanıqlıq indeksi - 2021” hesabatının təqdimat mərasimi keçirilib.

Təqdimatda Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişaf İndeksinin (USAİD Sustainability İndex) 2021-ci il üzrə Azərbaycan ölkə hesabatı ictimaiyyətə təqdim olunub.

Bu hesabat 20 ildən çoxdur ki, hər il yenilənir və dünyanın 70-dən çox ölkəsində vətəndaş cəmiyyəti təşkilatlarının hüquqi mühiti, maliyyə davamlılığı, ictimai vəkillik, ictimai imici və digər meyarları üzrə dəyərləndirir.

Təqdimat mərasimində dövlət qurumlarının, Azərbaycanda fəalliyət göstərən beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak ediblər. Azərbaycan üzrə hesabatı təqdim edən “MG Consulting” MMC-nin hüquqşünasları Emin Rzayev və Nurlana Əliyeva təqdimat zamanı bildiriblər ki, hesabatın hazırlanmasında baza kimi 2020-ci ilin hesabatı götürülüb.

2021-ci il üzrə ölkəmizdə 7 sahədən 4-də müsbət irəliləyiş müşahidə olunub (hüquqi mühit, maliyyə dayanıqlığı, xidmətlərin göstərilməsi, ictimai imic); üç sahə üzrə isə vəziyyət 2020-ci illə müqayisədə dəyişməyib (infrastruktur, təşkilatı potensial, ictimai vəkillik).

Hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələ dəstəyi ilə ICNL və “MG Consulting MMC”-nin əməkdaşlığı çərçivəsində hazırlanmışdır.

 

Hesabatın azərbaycan dilində versiyası:

https://mgc.az/assets/uploads/new_dec_2022/CSOSI_2021_AZERBAIJAN_TRANSLATION_AZERI_VERSION.FINAL_.pdf

Hesabatın inglis dilində versiyası:

https://mgc.az/assets/uploads/new_dec_2022/CSOSI_2021_Azerbaijan_English_version.pdf