Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün ustad dərsləri təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin müəllimləri və benefisiarları tərəfindən keçirilən tədbirlər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Uşaqlar dərzilik, toxuculuq və xalçaçılıq da daxil olmaqla müxtəlif peşə istiqamətləri ilə tanış olub, praktiki məşğələlərdə iştirak edərək əl bacarıqlarını sınamaq imkanı qazanıblar.

Ustad dərsləri uşaqlarda erkən yaşda peşələrə marağın formalaşdırılması və onların özünəinamının, eləcə də yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.