42 yaşlı Per Sundström ötən ilin avqustunda İsveçin Yusdal şəhəri yaxınlığında ayı ilə qarşılaşıb. Heyvan ona hücum edərək üzünü qoparıb. Sundström az qala həyatla vidalaşsa da, onun köməyinə 14 yaşlı oğlu Evert gəlib.
QHT.az xəbər verir ki, Pär və Evert birlikdə ayını məğlub edə bildilər. Ağır yaralı Pär onu ölümcül yaralayıb. Bu davadan sonra kişi xəstəxanaya yerləşdirilib. Onun həmkarları ayını parçalara ayıraraq əti dondurucuya qoyublar. Ayı əti indi Sundström ailəsinin pəhrizində mühüm rol oynayır. Onlar bu ətdən taco içlikləri hazırlayır. Ət çoxlu ədviyyat tələb edir. O, artıq bir sıra əməliyyatlar keçirib, növbəti əməliyyat isə yaya təyin edilib: “Həkimlər burnumu bərpa etmək və çox şeyi düzəltmək istəyirlər. Demək olar ki, əvvəlki kimi görünməlidir”.
Pərvanə Fərhadqızı












